CƏMİYYƏT


Şəhidin qardaşı: Azərbaycan dövləti heç kimi tək qoymur

Bakı, 6 fevral, AZƏRTAC

Oğul Vətən üçün doğulur, deyirlər. Pərviz də Vətən üçün doğulan, onun dar günündə harayına yetən təəssübkeşlərdən idi.

O, 1964-cü ildə doğulmuşdu. 1991-ci ildə könüllü olaraq Milli Ordu sıralarına yazılmışdı. 1992-ci ilin mayında isə Şuşada əbədiyyətə qovuşub.

Pərvizin qardaşı Seyran Nüsrətov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Keçən həftə Prezident Sarayında keçirilən görüşdə dövlət başçısı bir daha nümayiş etdirdi ki, onun məqsədi insanların qayğıları ilə maraqlanmaq və problemlərini həll etməkdir. Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü, Konstitusiya quruluşunun qorunması uğrunda mübarizədə şəhid olanların ailələrini, eyni zamanda, xəsarət almış, sağlamlığını itirmiş insanları daim qayğı ilə əhatə edir. Onun böyük humanistlik və sosial ədalət göstərərək bütün şəhidlərin ailələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələri üçün Azərbaycan Prezidentinin təqaüdünün artırılması haqqında fərmanları ondan xəbər verir ki, dövlət heç kimi tək buraxmır. Bizə göstərilən bu münasibətə görə bir şəhid ailəsi kimi Prezidentə öz təşəkkürümü bildirirəm. Biz həmişə bu qayğını öz həyatımızda hiss etmişik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.