REGİONLAR


Səhiyyə naziri şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO

Qusar, 22 iyun, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə əlaqədar müraciətlərinin həllinə kömək göstərirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 22-də səhiyyə naziri Oqtay Şirəliyev Qusar Rayon Mərkəzi Xəstəxanasında şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarından olan sakinlərin müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb və onların bəziləri yerindəcə həll edilib. Müraciətlər vətəndaşların sağlamlığı, işlə təminatı və digər məsələlərlə bağlı olub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.