İDMAN


Şəhriyar Məmmədyarov FIDE-nin reytinq cədvəlində ilk üçlükdədir

Bakı, 1 oktyabr, AZƏRTAC

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə üçüncü yerdədir.

AZƏRTAC xəbər verir ki, FIDE 1 oktyabr 2018-ci il tarixinə reytinq cədvəlini dərc edib. Şəhriyar Məmmədyarov bu siyahıda 1 sentyabr 2018-ci il üçün qeydə alınmış mövqeyini dəyişməyib.

Dünyanın ən güclü şahmatçılarının siyahısında birinci yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), ikinci yerdə amerikalı Fabiano Karuanadır (2827). Sonrakı yerləri, müvafiq surətdə çinli Din Lijen (2804), fransız Maksim Vaşye-Laqrav, erməni Levon Aronyan, hollandiyalı Aniş Giri (2780), rusiyalı Vladimir Kramnik (2779), amerikalı Uesli So (2775) və hindistanlı Vişvanatan Anand (2771) tutur.

Bizim digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.

Rapid və blits üzrə dünyada ən güclü şahmatçıların ilk onluğunda son bir ayda dəyişiklik olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.