İDMAN


Şəhriyar Məmmədyarov “Tata Steel India Rapid Chess” turnirində liderlər qrupundadır

Bakı, 10 noyabr, AZƏRTAC 

Hindistanın Kəlküttə şəhərində sürətli şahmat üzrə ilk “Tata Steel India Rapid Chess 2018” turnirinə start verilib.

AZƏRTAC xəbər verir ki, turnirdə 10 ən güclü qrossmeyster – azərbaycanlı Şəhriyar Məmmədyarov, rusiyalı Sergey Karyakin, amerikalılar Uesli So və Hikaru Nakamura, erməni Levon Aronyan, hindistanlılar Vişvanatan Anand, Pentala Harikrişna, Santoş Vidit, Surya Qanquli və Sarin Nihal qələbə uğrunda mübarizə aparırlar.

Turnirin ilk gününün yekunlarına görə, üç turda hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov, Pentala Harikrişna və Levon Aronyan liderliyi ələ alıblar. Vişvanatan Anand, Sergey Karyakin, Hikaru Nakamura və Uesli So hərəyə 1,5 xal toplayıblar. Digər şahmatçılar – Sarin Nihal, Surya Qanquli və Santoş Viditin 1 xalı var.

Bu gün yarışların 4-6-cı turları keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.