İDMAN


Şahmat üzrə dünya kuboku turnirinin onaltıdabir final mərhələsinin birinci partiyaları oynanılacaq

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 16-da Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin onaltıdabir final mərhələsinin birinci partiyaları oynanılacaq.

AZƏRTAC xəbər verir ki, onaltıdabir finalda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komandamızın digər üzvü Eltac Səfərli ilə qarşılaşacaq. Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə üz-üzə gələcək. Sentyabrın 17-də şahmatçılarımız cavab oyunları keçirəcəklər.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezə məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.