İQTİSADİYYAT


Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur

Tehran, 16 avqust, AZƏRTAC

İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri İran Dəmir Yollarının prezidenti və idarə heyətinin sədri Səid Rəsuli deyib.

O, ötən ay Bakıya etdiyi səfəri xatırladaraq bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC İran Astarasında infrastruktur layihələrin həyata keçirilməsində iştirak edir. QSC Astarada dəmir yolu vağzalının və yük terminalının tikintisini davam etdirir.

S.Rəsuli qeyd edib ki, Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin də tam olaraq formalaşmasında fəallıq göstərir. Bu əməkdaşlıq nəticəsində İran ilə Azərbaycanın sərhədyanı bölgələri iqtisadi inkişafa qovuşacaq. Hər iki tərəfdə minlərlə iş yeri yaradılıb ki, bu da əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət edir.

S.Rəsuli nəzərə çatdırıb ki, məhz İran ilə Azərbaycanın dəmir yolu sahəsində əməkdaşlığı nəticəsində Asiya ilə Avropa dəmir yolu nəqliyyatı baxımından birləşəcək. Asiya ölkələri Avropaya, Avropa ölkələri isə Fars körfəzi sahillərinə və Cənub Şərqi Asiyaya çıxış əldə edəcək. Bu isə hər iki qitənin ticarət və iqtisadiyyatının inkişafına böyük təkan verəcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.