ELM VƏ TƏHSİL
Şəki Regional Elmi Mərkəzinin iclasında bir sıra qərarlar qəbul olunub
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şəki Regional Elmi Mərkəzinin (ŞREM) elmi şurasının növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü rəhbəri olduğu elmi mərkəzin 2018-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair AMEA-nın Rəyasət Heyətinin qərarı barədə məruzə ilə çıxış edib.
Müəssisənin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov “ŞREM-in elmi şurasının 2019-cu il üçün iş planı” layihəsini təqdim edib, həmçinin 27 mart - Elm Günü ilə bağlı ölkə başçısının 2018-ci il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrdən danışıb, iştirakçıların suallarını cavablandırıb.
Sonda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.