REGİONLAR


Şəki gəncləri Gəncə terroru qurbanlarının xatirəsini anıblar

Şəki, 18 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti, beşinci dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə 17 oktyabr – Gəncə terroru ilə bağlı sosial aksiya keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəkili gənclər Gəncə terroru ilə bağlı fotoşəkilləri şəhərin müxtəlif yerlərində əllərində tutaraq nümayiş etdirib, terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Sosial aksiya şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.