CƏMİYYƏT


Şəki gəncləri yeni nəsil sahibkar olmaq üçün növbəti təlimlərini yekunlaşdırıb

Bakı, 23 fevral, AZƏRTAC

“Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində həyata keçirilən “New Generation” layihəsi üzrə Şəki-Zaqatala iqtisadi regionundan olan gənclər növbəti təlimlərini yekunlaşdırıb.

Sahibkarlıq Proqramından AZƏRTAC-a bildirilib ki, xanım iştirakçıların üstünlük təşkil etdiyi Şəki şəhərində 2 gün ərzində ümumilikdə 222 iştirakçı təlimçi Sənan Həsənov tərəfindən keçirilən “İdeya Generasiyası”, “Sahibkarlıq bacarıqları” və “Rəqəmsal Marketinq” təlimlərində iştirak ediblər.

Layihə çərçivəsində Abşeron və Gəncə-Qazax iqtisadi regionlarından olan, həmçinin Quba şəhərində təlimləri yekunlaşdıran gənclər üçün görüşlər fevral ayının sonuna qədər davam edəcək. İştirakçılar üçün təlimlər yekunlaşdıqdan sonra artıq “New Generation” layihəsinin III mərhələsi üzrə seçilmiş 100 ideya sahibi gənc mentorinq mərhələsində iştirak edəcək.

Qeyd olunub ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa həvəsləndirmək və mövcud biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır.

Bir il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün “nguniversity.youthinc.az” saytına daxil olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.