CƏMİYYƏT


Şəki sakini ov tüfəngini könüllü olaraq polis bölməsinə təhvil verib

Bakı, 8 fevral, AZƏRTAC 

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılmış profilaktiki tədbirlər nəticəsində Şəki rayonunun Böyük Dəhnə kənd sakini Orxan Abdurəhmanov təklüləli ov tüfəngini könüllü olaraq şəhər-rayon polis şöbəsinin Sarıca polis bölməsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.