REGİONLAR


Şəki uşaq musiqi məktəbinin şagirdi onlayn musiqi festivalının mükafatına layiq görülüb

Şəki, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin fortepiano ixtisası üzrə 2-ci sinif şagirdi Sona Həsənli Türkiyədə təşkil olunmuş “Evdə sənət var” adlı onlayn musiqi festivalında iştirak edərək sertifikata layiq görülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Şəki məktəblisi onlayn musiqi festivalında alman bəstəkarı İ.S.Baxın “İnvensiya”sını (polifonik pyes) ifa edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.