REGİONLAR
Şəkidə Aprel şəhidlərinin xatirəsi anılıb
Şəki, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəkililər 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş igid həmyerliləri - baş leytenant Elnur İsgəndərov, gizir Orxan Hümmətov və əsgər Vüqar Süleymanovun xatirələrini ehtiramla anıblar. Anım mərasimlərində şəhidlərin ailə üzvləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin məzarlarını ziyarətlə başlanan tədbirlərdə Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiq cavabdan, hərbçilərimizin döyüşlərdə göstərdiyi şücaətdən, qazanılan qələbənin əhəmiyyətindən ətraflı bəhs olunub. Çıxış edənlər işğal altında olan torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına əminliklərini ifadə ediblər.
Şəhidlərin doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində məktəblilərin ifasında şeirlər səsləndirilib, hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.