REGİONLAR
Şəkidə “Dəmir yumruq” sənədli filminin təqdimatı olub
Şəki, 27 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Aprelin 27-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Real TV-nin təşkilatçılığı ilə lentə alınan “Dəmir yumruq” sənədli filminin təqdimatı olub. Xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən təqdimatda gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin nümayişindən əvvəl Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Filmdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbə, Silahlı Qüvvələrimiz tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları zamanı ölkəmizin müxtəlif bölgələrində yaşayan azsaylı xalqların nümayəndələrinin bir yumruq kimi birləşərək göstərdikləri şücaət və qəhrəmanlıqlar əksini tapıb.
“Dəmir yumruq” sənədli filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.