REGİONLAR


Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq

Şəki, 17 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 4 fevral tarixli Sərəncamının icrası istiqamətində Şəkidə çoxmənzilli 28 binanın dam örtüyünün təmiri nəzərdə tutulur. Üç, dörd və beş mərtəbədən ibarət binaların dam örtüklərinin ümumi sahəsi 42 min 119 kvadratmetrdir. Təmir işlərinə 2 milyon 483 min manat vəsait sərf olunacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Taleh Alxasov məlumat verib.

O bildirib ki, hazırda layihə-smeta sənədləri hazırlanır. Dam örtüklərinin təmirinə yaxın vaxtlarda başlanacaq. Dövlətimizin başçısının çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı ötən ilin oktyabrında imzaladığı digər Sərəncamın icrası çərçivəsində hazırda Şəkidə 25 binanın dam örtüyünün təmiri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.