REGİONLAR


Şəkidə indiyədək 1430 hektarda yazlıq bitkilər əkilib

Şəki, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına əsasən fəaliyyətinə icazə verilmiş həyati əhəmiyyət daşıyan sahələrdən biri də kənd təsərrüfatıdır. Yaz əkin-səpin mövsümünün gəlişi ilə əlaqədar fermerlər üçün məsul dövr başlanıb. Hazırda respublikanın hər yerində olduğu kimi, Şəki rayonunun təsərrüfatlarında da yaz-tarla işlərinə start verilib. Torpaq mülkiyyətçiləri qısa müddətdə 1430 hektar sahədə yazlıq bitkilər əkiblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 114 hektar çoxdur.

Şəki Şəhər Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, məhsul istehsalçıları indiyədək 625 hektar sahədə kartof, 525 hektarda tərəvəz bitkiləri əkib, 240 hektara çoxillik və 40 hektara birillik yonca toxumu səpiblər. Yaxın günlərdə istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.