İQTİSADİYYAT
Şəkidə yerli poçt şöbələrinin maddi bazası möhkəmləndirilir
Şəki, 24 noyabr (AZƏRTAC). “Azərpoçt” MMC Şəki poçt filialının tabeliyində olan yerli poçt şöbələrinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Filialdan AZƏRTAC-a bildirmişlər ki, şəhərin Dodu məhəlləsində yerləşən 5-ci poçt şöbəsi üçün yeni binanın tikintisinə başlanmışdır. Biləcik kəndində tikilən yeni poçt binasının da cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Ümumiyyətlə, son iki ildə filialın tabeliyində olan 4 poçt şöbəsi üçün yeni bina tikilib istifadəyə verilmişdir. Eyni zamanda, 21 poçt şöbəsi müasir avadanlıqla təchiz olunmuş və mərkəzi şəbəkəyə qoşulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]