REGİONLAR
Şəkidə yunan-Roma güləşi üzrə turnirdə 70-dək yeniyetmə güləşçi mübarizə aparıb
Şəki, 15 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə dövlət müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunmuş yeniyetmələr arasında yunan-Roma güləşi üzrə şəhər turnirinə noyabrın 15-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 12 saylı tam orta məktəbin idman zalında keçirilən yarışlarda şəhərdəki ümumtəhsil məktəblərini təmsil edən komandaların tərkibində 70-dək yeniyetmə idmançı mübarizə aparıb. Güləşçilər 10 çəki dərəcəsi üzrə qüvvələrini sınayıblar.
Birinciliyin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [18:09]
Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]