REGİONLAR


Şəkili fermerlər təkrar qarğıdalı əkinlərindən 7 min tonadək yaşıl yem əldə ediblər

Şəki, 26 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəki rayonunun təsərrüfatlarında 1355 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı əkilib. Təkrar əkinlərin 37 hektarı Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi, 1318 hektarı isə torpaq mülkiyyətçiləri tərəfindən aparılıb. Fərdi təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçini artıq başa çatıb. Torpaq mülkiyyətçiləri 1318 hektar təkrar qarğıdalı sahəsindən 6915 ton yaşıl kütlə əldə ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulur. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.