REGİONLAR
Şəkililər ağacəkmə kampaniyasına qoşulublar
Şəki, 6 aprel, Mustafa Dadaşov, AZƏRTAC
“Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başladığı yaz ağacəkmə kampaniyası çərçivəsində aprelin 6-da Şəkidə təşkil olunan aksiya zamanı İnçə bələdiyyəsinin ərazisində 2500-dən çox müxtəlif növ ağac tingi əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məlumat verilib.
Qurumdan bildiriblər ki, Regional İdarənin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı Şəki-Qax magistral avtomobil yolunun kənarında nazirliyin yerli müəssisəsinin tinglik təsərrüfatında yetişdirilmiş ərik, göyrüc və şam ağacı tingləri əkilib. Aksiyada 250 nəfər iştirak edib.