İQTİSADİYYAT
Səkkiz ayda 43713,2 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib
Bakı, 18 sentyabr, AZƏRTAC
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 43713,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 7,6 faiz azalıb, qeyri-neft sektorunda isə 2,4 faiz artıb. Ümumi daxili məhsulun 40,1 faizi sənayedə, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,8 faizi tikintidə, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 16,2 faizi digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,3 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 4498,0 manata bərabər olub.