DÜNYA
Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb
Moskva, 12 yanvar, AZƏRTAC
Səkkiz il əvvəl itkin düşmüş Rusiya vətəndaşı Ekvadorda tapılıb.
AZƏRTAC xəbər verir ki, Maksim Baxaryev Ekvadorun paytaxtı Kitoda aşkar edilib. Səkkiz il əvvəl Maksim Baxaryev Ekvadora gəldikdən bir müddət sonra pulsuz və sənədsiz qalaraq evsizlər siyahısına düşüb. Onun ruhi vəziyyətində problemlər olduğu bildirilir. Sosial xidmətlərin nümayəndələri Rusiya səfərliyinə məlumat verdikdən sonra Maksim Baxaryevin Sankt-Peterburqda yaşayan valideynləri ilə əlaqə saxlanılıb və onun vətənə qayıtması təmin edilib. M.Baxaryevi Sankt-Peterburqda valideynləri qarşılayıblar.
Səkkiz il əvvəl itkin düşmüş şəxsin Ekvadora gəlməsinin səbəbləri məlum deyil.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]