REGİONLAR
Səkkiz rayondan 200-ə yaxın şagird Azərbaycanın “şimal qapısı” Qusarda olub VİDEO
Qusar, 17 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 17-də səkkiz rayonun 200-ə yaxın şagirdi “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunan maarifləndirici tur-aksiya çərçivəsində Azərbaycanın “şimal qapısı” sayılan Qusar rayonunun görməli yerləri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Ağsu, Hacıqabul, Qobustan, Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan və Füzuli məktəbliləri Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriliblər.
Qonaqlara rayonda yaşayan azsaylı xalqların folklor nümunələri təqdim edilib.
Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olub, Həzrə kəndində “Şeyx Cüneyd” türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.
Səkkiz rayonun yuxarı sinif şagirdlərindən ibarət qruplar martın 18-də Quba rayonunun görməli yerlərinə səfər edəcəklər.