CƏMİYYƏT


Şəmkir rayonunda iki avtomobil toqquşub

Bakı, 28 sentyabr, AZƏRTAC

Şəmkir şəhəri ərazisində Düyərli kənd sakini Bayram Namazovun idarə etdiyi “VAZ-21015” və şəhər sakini Fuad Quliyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində B.Namazov və iki sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onlardan Maya Namazovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.