İDMAN


Səmti müəyyənetmə idman növü üzrə açıq respublika çempionatının qalibləri müəyyənləşib

Bakı, 11 oktyabr, AZƏRTAC

Nabranın meşə zolaqlarında keçirilən səmti müəyyənetmə idman növü üzrə növbəti açıq respublika çempionatına yekun vurulub. İki gün davam edən yarışda nazirlik, idarə, təşkilat və güc strukturlarını, klub və federasiyaları, idman cəmiyyətlərini, ali təhsil müəssisələrini təmsil edən 150-dən çox idmançı mübarizə aparıb.

AZƏRTAC xəbər verir ki, çempionat elektron qeydiyyat sisteminin tətbiqi ilə keçirilib. Yarışda idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələrindən istifadə olunub.

Turnirdə həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblər müəyyənləşib. “Neftçi” İdman Klubu” komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb. “Dağçılıq” klubu ikinci, Müdafiə Nazirliyinin komandası isə üçüncü yeri tutub.

Fərdi yarışlarda bütün medallara “Neftçi” İdman Klubu”nun idmançıları yiyələniblər. Belə ki, Vladislav Tuzov qızıl, Gennadi Klim gümüş, Maksim Baxoldin isə bürünc medala layiq görülüblər.

Qeyd edək ki, qaliblər oktyabr ayının sonlarında Türkiyədə keçiriləcək beynəlxalq yarışda ölkəmizi təmsil edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.