ELM VƏ TƏHSİL
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Auto Azərbaycan” MMC ilə əməkdaşlıq edəcək
Bakı, 16 yanvar, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Auto Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın məqsədi təhsilalanların ixtisaslı kadr kimi hazırlanmasına dəstək verməkdir. Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.
Memorandum çərçivəsində avtomobil sahəsi üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, eyni zamanda, şirkət nümayəndələri tərəfindən ixtisasartırma və təkmilləşdirmə kurslarının yaradılması nəzərdə tutulub.