İQTİSADİYYAT


Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb

Bakı, 21 yanvar, AZƏRTAC

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən ötən il 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artıb.

Sənaye məhsulunun 25,2 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9 faiz, tütün məmulatlarının istehsalı 80,7 faiz, hazır metal məmulatlarının istehsalı 80 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, poliqrafiya məhsullarının istehsalı 42,2 faiz, içkilərin istehsalı 41,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,6 faiz, kağız və karton istehsalı 25,5 faiz, geyim istehsalı 22,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22 faiz, əczaçılıq məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, tikinti materiallarının istehsalı 5 faiz, elektrik avadanlıqlarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı 1 faiz artıb.

Dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 3,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.