İDMAN


Seneqallı futbolçu Demba Ba karyerasını başa vurub

Bakı, 14 sentyabr, AZƏRTAC

Futbol üzrə Seneqal millisinin sabiq hücumçusu Demba Ba karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə 36 yaşlı sabiq futbolçu sosial şəbəkə hesabında yazıb.

Futbolçu son olaraq İsveçrənin “Luqano” klubunda forma geyinib. O, daha əvvəl “Şanxay Şenxua” (Çin), “Göztəpə”, “Beşiktaş”, “Başakşəhər” (hamısı Türkiyə), “Çelsi”, “Nyukasl”, “Vest Hem” (hamısı İngiltərə), “Hoffenhaym” (Almaniya), “Muskron” (Belçika) və “Ruan” (Fransa) klublarının da uğurları üçün çalışıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.