İQTİSADİYYAT
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir
Bakı, 20 sentyabr, AZƏRTAC
Səngəçal və Goran stansiyalarında 17 ədəd yoldəyişən qurğu dəyişdirilir.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur.
Eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" (İDYM) MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.
Xatırladaq ki, ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb və bu günədək 209 yoldəyişən yenisi ilə əvəzlənib.
Hazırda Səngəçal və Goran stansiyalarında 17 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]