İQTİSADİYYAT


Şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qaydalar pozulub

Bakı, 16 iyul, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iki həftədən artıqdır şənlik mərasimlərinin (toy, nişan, ad günü və sair) keçirilməsinə başlanıb. Bu tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə şadlıq saraylarında gündəlik monitorinqlər keçirilir. Monitorinq qrupları bu günədək şənlik mərasimlərinin keçirildiyi 400-dək obyektdə qayda və şərtlərə əməl olunması vəziyyətini araşdırıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 16-da keçirilmiş monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə müəyyənləşdirilən qaydaların pozulması hallarına rast gəlinib. Bu, əsasən toy keçirilən məkanlarda qonaqların sayının icazə verilən normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması və sair ilə bağlıdır. Bəzi hallarda isə şənlik mərasimləri haqqında zəruri məlumatların (toyun vaxtı, xidmət personalının və toyda iştirak edənlərin sayı) “icaze.e-gov.az” portalına düzgün daxil edilməməsi halları da qeydə alınıb. Monitorinq qrupları toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıblar və nöqsanlar yerindəcə aradan qaldırılıb. Toy mərasimlərinin qaydalara uyğun davam etdirilməsi təmin olunub və monitorinq qrupları tərəfindən yeni ailə quranlara hədiyyələr təqdim edilib.

Şənlik mərasimləri təşkil edən vergiödəyicilərinin və vətəndaşların bir daha nəzərinə çatdırılır ki, müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyəti zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin etməlidir. Məkan sahibləri şənlik məclisləri barədə “icaze.gov.az” portalında müvafiq qeydiyyat aparılmalı, zalların ölçüsünə, qonaq tutumuna diqqət yetirməlidirlər. Bu cür tədbirlərin təşkili zamanı anlaşılmazlıqların baş verməməsi üçün məclis iştirakçılarının müvafiq sənədlərə malik olması əvvəlcədən dəqiqləşdirilməlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.