DÜNYA


Sentyabr ayında ABŞ-da yeni evlərin satışı 14 faiz artıb

Vaşinqton, 27 oktyabr, AZƏRTAC

ABŞ Ticarət Nazirliyinin hesabatında göstərilir ki, sentyabr ayında ABŞ-da bir ailəlik yeni evlərin satışı əvvəlki ayla müqayisədə 14 faiz artaraq avqust ayındakı 702 mindən 800 min vahidə çatıb.

AZƏRTAC xəbər verir ki, analitiklər sentyabr ayında satışın illik 755 min səviyyəsində olacağını proqnozlaşdırırdılar.

ABŞ Milli Rieltorlar Assosiasiyasının məlumatına görə, iyul ayında evlərin orta satış qiyməti keçənilki ilə müqayisədə 17,8 faiz artaraq 359.900 dollara çatıb.

2007-2008-ci illərin maliyyə böhranından sonra Birləşmiş Ştatlarda mənzillərin kəskin azlığı və keçənilki koronavirus pandemiyası mənzillərin qiymətinin rekord səviyyədə artması ilə nəticələnib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.