İDMAN


Sərbəst güləş üzrə dünya kubokunun mükafat fondu 100 min dollar olacaq

Bakı, 15 mart, AZƏRTAC

Rusiya Federasiyası Saxa Respublikasının paytaxtı Yakutskda keçiriləcək sərbəst güləş üzrə dünya kubokunun mükafat fondu 100 min dollar olacaq.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Martın 16-17-də keçiriləcək turnirdə sonuncu dünya çempionatının ən yaxşı 8 komandası iştirak edəcək. A qrupunda Rusiya, Kuba, Yaponiya və Türkiyə, B qrupunda isə ABŞ, İran, Gürcüstan və Monqolustan yığmaları mübarizə aparacaqlar. Qrupun qalibləri finalda görüşəcəklər.

Qeyd edək ki, dünya kubokunun qalibi 50 min dollar, gümüş və bürünc mükafatçılar, müvafiq olaraq 30 və 20 min dollar qazanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.