İDMAN


Sərbəst güləşçilərimiz “Təxti kuboku” turnirində 6 medala sahib olublar

Bakı, 8 fevral, AZƏRTAC

Fevralın 8-də İranın Kirmanşah şəhərində sərbəst güləş üzrə “Təxti kuboku” turnirinə yekun vurulub. Ənənəvi yarışda 10 ölkədən - İran, Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Macarıstan, Hollandiya, Belarus, Qırğızıstan və Gürcüstandan olan pəhləvanlar mübarizə aparıblar.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında mübarizə aparan millimizin 4 üzvü - Əhmədnəbi Qvarzatilov (61 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) finala vəsiqə qazanıblar.

İkinci yarış günündə həlledici qarşılaşmalar keçirilib. Ə.Qvarzatilov finalda Uluqbəy Yoldaşbəyova (Qırğızıstan), C.Həsənov Bəhmən Teymuriyə (İran) məğlub olaraq gümüş medalla kifayətlənib. N.Hacıyev isə zədələndiyi üçün Əli Rzayi Qudarzi (İran) ilə həlledici görüşə çıxmayıb. Ancaq H.Hacıyev Rza Əfzəli (İran) üzərindəki qələbə ilə himnimizi Kirmanşahda səsləndirib. Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) bürünc medal qazanıblar.

Beləliklə, komandamız 2019-cu ildə çıxdığı ilk turnirdə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib.

Xatırladaq ki, yarışda III dərəcəli beynəlxalq hakim Babək Allahverdiyev ədaləti qoruyub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.