DÜNYA


Serbiya 1,3 milyard dollarlıq silah-sursat alıb

Belqrad, 13 avqust, AZƏRTAC

Serbiya ötən il hərbi silah-sursat alınması ilə bağlı ümumi dəyəri 1 milyard 318 milyon dollar olan müqavilələr imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu məbləğ Serbiya ordusunun 2016-cı ilin sonundan etibarən modernləşdirilməsinə başlanandan bəri bütün satınalmaların ümumi dəyərindən çoxdur.

Serbiya ilə 31 ölkə arasında 287 müqavilə imzalanıb. Alqı-satqı müqavilələri hərbi məqsədlər üçün bütün strateji əhəmiyyətli satınalmalara cavabdeh olan “Jugoimport-SDPR” şirkəti tərəfindən imzalanıb. Rusiyadan 4 ədəd “Mi-35M” döyüş helikopteri, üç ədəd “Mi-17V-5” helikopteri, iki ədəd “Pancir-S1M” zenit müdafiə sisteminin batareyası, elektron müdafiə vasitələri və PUA-lara qarşı mübarizə sistemləri təmin olunub.

Həmçinin hava hücumundan müdafiə bölmələri üçün Fransadan “GM400”, “GM200” və “GM60” radarları alınacaq. Serbiya ordusu üçün “Airbus” şirkətindən on ədəd çoxməqsədli “H145M” helikopteri sifariş edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.