İDMAN


Serbiya yığması Azərbaycan millisi ilə oyuna itkilərlə çıxacaq

Bakı, 11 oktyabr, AZƏRTAC

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcək Serbiya yığması bu görüşə itkilərlə çıxacaq.

AZƏRTAC xəbər verir ki, müdafiəçi Straxinya Pavloviç və yarımmüdafiəçi Filip Curiçiç bu oyunu buraxacaqlar.

“Monako”nun 20 yaşlı mərkəz müdafiəçisi Pavloviç Lüksemburqla oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb. İtaliyanın "Sassuolo" klubunun formasını geyinən Curiçiç də sarı vərəqə limitini doldurduğuna görə yığmamızla oyunu buraxmaq məcburiyyətində qalıb.

Serbiya – Azərbaycan matçı oktyabrın 12-də Belqradda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.