SİYASƏT


Serbiyada keçirilən tədbirdə Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən bəhs edilib

Belqrad, 10 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Taşmaydan parkına gedərək Ümummilli Liderin abidəsini ziyarət ediblər.

Tədbirdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından danışılıb. Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş filmə baxıb, onunla bağlı fotosərgi ilə tanış olublar.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.