İQTİSADİYYAT


Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs hansı halda ƏDV ödəyicisi ola bilər?

Bakı, 28 noyabr, AZƏRTAC 

Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan ərazisində sərnişin, yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirənlər aşağıdakı tələblərə cavab verdiyi halda, ƏDV qeydiyyatına alına bilərlər:

• göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edənlər və ödəyənlər;

• digər vergiödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə olunması üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirənlər;

• göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edənlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.