İQTİSADİYYAT


Sərnişinlərin qeyri-qanuni daşınması ilə bağlı sərt tədbirlərə başlanılıb VİDEO

Sərnişinlərin qeyri-qanuni daşınması ilə bağlı sərt tədbirlərə başlanılıb VİDEO

Bakı, 12 oktyabr, AZƏRTAC

Sentyabrın 30-dan Dövlət Yol Polisi (DYP) və Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) arasında imzalanan razılaşdırılma sənədinə əsasən, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbirlərə həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, qeyri-qanuni daşımaların qarşısını almaq üçün DANX və DYP birgə tədbirə başlayıb. Yalnız paytaxtda yox, eyni zamanda, Azərbaycanın bütün regionlarında da qeyri-qanuni daşımalarla bağlı tədbirlər həyata keçirilməsi nəzərdə tutulub. İlkin şəkildə bu gün Qaradağ və Zarat postunda bu tədbir keçirilib. Bununla bağlı qanunvericiliyə uyğun cəza tədbiri nəzərdə tutulub. Qeyri-qanuni daşımalarla bağlı sərt tədbirlər növbəti 3 ayda da davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.