İQTİSADİYYAT


“Şərq-Qərb” avtomagistralının Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdiriləcək

Tbilisi, 4 dekabr, AZƏRTAC

“Şərq-Qərb” avtomagistralının (E 60) Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi davam etdiriləcək.

AZƏRTAC xəbər verir ki, yolun tikintisi ilə əlaqədar dekabrın 3-də Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti ilə Türkiyənin “Polatioli və mapa” şirkəti arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən şirkət E 60 magistralının Gürcüstan ərazisindən keçən və Qriqoletidən Kobuletiyə qədər olan 14 kilometrlik hissəsini tikəcək.

Ümumi dəyəri 228 milyon lari olan (85 milyon dollardan çox) layihə Avropa İnvestisiya Bankı tərəfindən maliyyələşdiriləcək. Tikinti işlərinin 24 aya başa çatdırılması nəzərdə tutulub. E 70 avtomagistralının bir hissəsi olan bu yol dörd zolaqlı olacaq. Yolda 22 keçid, 4 nəqliyyat qovşağı, qrunt sularının axıdılması üçün yeraltı kanallar tikiləcək.

Bu yol region ölkələri arasında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcminin artmasında, turizmin inkişafında mühüm rol oynayacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.