DÜNYA


Şərqi Çin dənizində qəzaya uğrayan tanker batıb

Pekin, 14 yanvar, AZƏRTAC

Şərqi Çin dənizində Honqkonq quru yük gəmisi ilə toqquşan Panama qeydiyyatlı tanker bir neçə gün yandıqdan sonra bu gün suya batıb.

AZƏRTAC xəbər verir ki, İranın Milli Tanker Şirkəti (NITC) tərəfindən idarə olunan “The Sanchi” adlı neft tankeri 136 min ton son dərəcə yüngül və uçucu neft növü olan kondensat daşıyırdı.

Yanvarın 7-də baş verən toqquşma nəticəsində tankerin 32 heyət üzvü, o cümlədən 30 İran və 2 Banqladeş vətəndaşı itkin düşmüşdü. Qəzadan bir gün sonra bir nəfərin, yanvarın 13-də isə əlavə 2 nəfərin cəsədi tapılmışdı.

Bir həftəyə yaxın davam edən güclü yanğını tam söndürmək mümkün olmayıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.