ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunun əməkdaşı İsveçdə keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 28 iyun, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadə Stokholmda keçirilən “Yol ver türkün bayrağına!” adlı XXVII beynəlxalq elmi konfransa onlayn qoşulub.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Lalə Mikayılzadə Əhməd Cavadın 130 illik yubileyinə həsr olunan konfransın Ədəbiyyatşünaslıq və folklor bölməsinə moderatorluq edib. Həm də “İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri (1953 – 1963-ci illər kontekstində)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə İranın müasir bədii nəsrinin formalaşması və inkişafı, onun janr və üslubi xüsusiyyətləri nəzərdən keçirilir, XX əsrdə İranın siyasi, sosial, iqtisadi və mədəni həyatına birbaşa təsir edən proseslər araşdırılır, fərqli, yeni ədəbi formaların meydana gəlməsi və inkişafı yolları təhlil edilir.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, bir sıra suallar cavablandırılıb.