Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib

Şərur, 24 yanvar, AZƏRTAC

Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması və Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yanvarın 24-də Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizdə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrin səhiyyə sisteminə uyğun səhiyyə sistemi yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Sağlam nəslin böyüdülməsi dövrümüzün ən başlıca sosial vəzifəsi kimi qarşımızda durur”. Bu gün Azərbaycan müstəqil dövlətdir. Müstəqil ölkədə isə insanların sağlamlığının qorunması qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də ölkəmizdə bu sahədə lazımi tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul olunur, yeni xəstəxanalar tikilir, müasir tibbi avadanlıqlar alınır və ixtisaslı həkimlər formalaşdırılır. Səhiyyənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarından biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci ilin 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramına uyğun olaraq bu gün Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Bu gün Şərur rayonunda 116 mindən artıq əhaliyə bir mərkəzi xəstəxana, bir kənd sahə xəstəxanası, bir Gigiyena Epidemiologiya Mərkəzi, 27 ambulatoriya və 32 feldşer-mama məntəqəsi tərəfindən səhiyyə xidməti göstərilir. Bundan başqa rayon əhalisinin 41 mindən çoxu 1-17 yaş arasında olan uşaq və gənclərdir. Onlara lazımi tibbi xidmətin göstərilməsi və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi üçün Şərur rayonunda uşaq xəstəxanasının yaradılmasına ehtiyac yaranmışdı. Bu gün lazımi tibbi avadanlıqlarla təmin olunmuş yeni xəstəxana istifadəyə verilir. Xəstəxanada 25-i həkim olmaqla 85 tibb işçisi uşaqların və gənclərin sağlamlığı keşiyində duracaq, onlara həm stasionar, həm də poliklinika xidməti göstərəcək. Kollektivin qarşısında duran əsas vəzifə isə dövlət proqramında qarşıya qoyulan vəzifələri həyata keçirmək, eyni zamanda, səhiyyə protokollarına əməl etməkdən ibarətdir. Yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Şərur Rayon Uşaq Xəstəxanasının baş həkimi Günay Quliyeva çıxış edərək deyib ki, muxtar respublikada uşaq və gənclərin sağlam böyüməsi sahəsində ardıcıl tədbirlər görülür. Müasir səhiyyə müəssisələrinin istifadəyə verilməsi, xüsusilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanada uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün şərait yaradılıb. Şərur rayonunda uşaq əhalisi tam keyfiyyətli tibbi xidmətlə əhatə olunacaqdır. Bu, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına göstərilən qayğının daha bir ifadəsidir. Günay Quliyeva Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsinə və burada yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlıq edib, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq Şərur rayonunda uşaq əhalisinin sağlamlığının qorunmasında məsuliyyətlərini artıracaqlarına və etimadı doğruldacaqlarına söz verib.

Sonra Ali Məclisin Sədri xəstəxanada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, xəstəxanada stasionar şöbə, poliklinika bölməsi və yoluxucu xəstəliklər üçün izolyator fəaliyyət göstərəcək. Stasionar şöbə 3 palata, reanimasiya və intensiv terapiya, uşaqlar üçün oyun və işçilər üçün otaqlardan ibarətdir. Poliklinika bölməsi birinci və ikinci mərtəbələrdə yerləşir. Birinci mərtəbədə qeydiyyat, dispanserizasiya, təcili tibbi yardım və manipulyasiya, stomatoloq, stomatoloq-ortodont, fizioterapiya, laboratoriya, ultrasəslə müayinə, kardiorevmotoloq, nevropatoloq, cərrah-travmatoloq, qəbul üzrə həkim, sahə pediatrları və sahə tibb bacıları, peyvənd və BÇJ kabinələri, yeməkxana, mətbəx, camaşırxana, texniki işçilər üçün otaqlar vardır. Yoluxucu xəstəliklər üçün izolyator da birinci mərtəbədə yerləşir və girişi ayrıdır.

Xəstəxanada nümunəvi tibbi informasiya sistemi yaradılıb, 12 kompüter qoyulub. Bu da xəstələrin qeydiyyatının elektron formada aparılmasına, eləcə də onlar haqqında məlumatların Səhiyyə Nazirliyindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən və icbari tibbi sığortanın tətbiq olunduğu digər xəstəxanalardan birbaşa izlənilməsinə imkan verəcəkdir.

İkinci mərtəbədə oftalmoloq, LOR, endokrinoloq-allerqoloq, derma-toveneroloq, ginekoloq, fitizatr-infeksionist, psixoloq-loqoped, baş həkim, mühasibatlıq və metodist üçün otaqlar yerləşir. Burada mərkəzi oksigen sistemi yaradılaraq reanimasiya və intensiv terapiya, palata, təcili tibbi yardım və manipulyasiya otaqlarına verilib. Xəstəxanada stasionar ultrasəslə müayinə cihazı, 2 stomatoloji qurğu, elektrokardioqrafiya, elektroensefaloqrafiya, hematoloji, biokimyəvi, EÇS təyini, qlükometr, avtoanalizatorlar, mikroskop, sentrifuqa, termostat, reanimasiya üçün kardio-monitorlar, elektrosorucu, ambu süni tənəffüs aləti, oksigen konsentratoru, pulsoksimetr, fizioterapiya kabinəsi üçün elektro və ultrasəs müalicə, ultra yüksək tezlikli cərəyanla müalicə, darsonval, inqalyator cihazları, solyuks, soyuq və isti kvars lampaları, parafinqızdırma qazanı quraşdırılıb. Həmçinin xəstəxananın oftalmoloji kabinəsi üçün şirim lampası, oftalmotoloji proyektor, dioptrimetr, oftalmoskop, retinoskop, görmə itiliyinin korreksiyası üçün linza dəsti, keratorefraktometr, sterilizasiya üçün avtoklav, quru hava sterilizatorları, bakteriosid lampalar, paketləmə cihazı, lor əməliyyat dəsti qoyulub, eləcə də yeni təcili tibbi yardım avtomobili verilib.

Həkim Nüsrət Həsənov minnətdarlıq edərək deyib: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, - deyən Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanda Ulu Öndərin ideyaları reallığa çevrilib. Bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafı təmin edilib. Xüsusilə gənc nəslin sağlam böyüdülməsi sahəsində görülən işlər, müasir xəstəxanaların istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır.

Ali Məclisin Sədrinə məlumat verilib ki, muxtar respublikada səhiyyə maarifi işi və səhiyyə protokolunun düzgün aparılması sahəsində müvafiq tədbirlər görülür. İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən 500-dən artıq səhiyyə protokolunu əhatə edən 19 adda kitab tərcümə olunub.

Ali Məclisin Sədri rayonda uşaq və gənclərin sağlamlığının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb, səhiyyə protokollarının çap olunaraq bütün tibb müəssisələrinə paylanılması və düzgün istifadəsi, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici kursların keçirilməsi barədə tapşırıqlar verib.

Xəstəxananın həyətində də abadlıq işləri aparılıb, mərkəzi istilik sistemi quraşdırılıb.

Şərur rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb

Yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirə keçirilib. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib ki, muxtar respublikada xəstəxanaların, həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, eləcə də ixtisaslı həkim hazırlığı tibbi xidmətin səviyyəsini yüksəldib. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həkim, Tibb Kollecində isə orta tibb işçiləri hazırlanır. Tibb Kollecinin binası yenidən qurulub. Tibb fakültəsinin yenidən qurulması isə davam etdirilir. Səhiyyənin inkişafı sahəsində görülən işlərin nəticəsidir ki, muxtar respublikadan başqa yerlərə müalicə üçün gedən xəstələrin sayında kəskin azalma var. İnsanlar muxtar respublikanın səhiyyə müəssisələrinə və həkimlərinə etibar edirlər. Bütün bunlar isə imkan verir ki, səhiyyə sahəsində lazımi işlər həyata keçirilsin. İcbari tibbi sığortanın tətbiqi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Artıq bir ilə yaxındır muxtar respublikada bu işə başlanılıb. Sədərək rayonunda icbari tibbi sığorta tam tətbiq olunur.

Ali Məclisin Sədri deyib: Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2020-ci ildə ölkəmizdə icbari tibbi sığortanın tam tətbiqinə başlanılacaqdır. Ona görə də muxtar respublikada bu sahədə tədbirlər həyata keçirilməli, digər rayonlarında da icbari tibbi sığorta tətbiq olunmalıdır. Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baza zərfində 1525 tibbi xidmət vardır. Həmin tibbi xidmətlərin 515-i Sədərək Rayon Mərkəzi Xəstəxanasında, 718-i Şərur Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə icbari tibbi sığortanın tətbiq olunduğu muxtar respublika xəstəxanalarında həyata keçirilir. Şərur rayonunda həyata keçirilən tədbirlər, Uşaq Xəstəxanasının yaradılması, həkim ambulatoriyalarının yenidən qurulması və lazımi avadanlıqlarla təmin olunması, eləcə də muxtar respublikada vahid elektron idarəetmə sisteminin qurulması icbari tibbi sığortanın tətbiqinə imkan verəcəkdir.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov məlumat verərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib. Şərur rayonunda da bu sahədə tədbirlər görülüb, mərkəzi xəstəxananın təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Xəstəxananın laboratoriya şöbəsi yenidən qurulub, tibbi avadanlıq və cihazlarla təmin olunub. Yeni narkoz və süni tənəffüs aparatı alınıb, yenidoğulmuşlara göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün transport küvez alınaraq quraşdırılıb. Şərur Rayon Mərkəzi Xəstəxanasında və Uşaq Xəstəxanasında nümunəvi informasiya sistemi istifadəyə verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov deyib ki, muxtar respublikada icbari tibbi sığortanın tətbiqində iştirak edəcək xəstəxanaların siyahısı hazırlanıb və həmin müəssisələrdə agentliyin qeydiyyat məntəqələri yaradılıb. Şərur rayonunda da icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılıb. Agentlik tərəfindən ilkin tədbirlərin icrasına başlanılıb, icbari tibbi sığortanın Şərur rayonunda tətbiq edilməsi üçün rayon əhalisi üzrə məlumatlar toplanılıb. Toplanılan məlumatlar əsasında icbari tibbi sığortaya cəlb olunacaq əhali, tibb müəssisələri və tibb işçilərinə dair mərkəzləşdirilmiş məlumat bazaları, səhiyyə informasiya idarəetmə sistemi və digər zəruri proqram təminatları, eləcə də reyestrlər yaradılıb.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini - maliyyə naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görüləcək işlər barədə aidiyyəti üzrə məlumat veriblər.

Müşavirədə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərar qəbul olunub.

Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə, Maliyyə və Səhiyyə nazirliklərinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı birgə müzakirələrin aparılması və təkliflərin hazırlanması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib