Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şərur rayonunun Arbatan kəndində kompleks quruculuq işləri aparılıb

Şərur, 15 noyabr, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında geniş quruculuq işləri aparılır. Yaşayış məntəqələri müasirləşir, kəndlərdə şəhər infrastrukturu yaradılır. Əvvəlki illərdə olduğu kimi, bu il də muxtar respublikada kompleks quruculuq işləri aparılır, yeni sosial obyektlər istifadəyə verilir, yollar çəkilir, insanların rahat yaşayışı və məşğulluğu təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun Arbatan kəndini də əhatə edib.

Arbatan kənd avtomobil yolu

yenidən qurulub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 15-də Şərur rayonunun Arbatan kənd avtomobil yolu əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, əvvəllər kənd yolu lazımi mühəndis-texniki tələblərə cavab vermirdi. Bu da əhalinin və avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradırdı. Quruculuq işləri aparılarkən 7 kilometr uzunluğunda avtomobil yolu genişləndirilərək asfalt örtük salınıb. 3800 metr kənddaxili yollar da yenidən qurulub. Tikinti işləri aparılarkən yolun üzərinə 104 su keçidi qoyulub, 2360 metr beton kanal çəkilib.

Arbatan kənd tam orta məktəbinin yeni binası

istifadəyə verilib

Təhsilə qayğı ölkənin gələcəyinə qayğıdır. Muxtar respublikada bu amil əsas götürülərək yeni təhsil infrastrukturu yaradılır, hər il onlarla məktəb binası tikilir.

Noyabrın 15-də Arbatan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Arbatan kənd tam orta məktəbinin direktoru Aynur Babayeva çıxış edərək deyib ki, muxtar respublikanın bütün şəhər, qəsəbə və kəndlərində yeni yollar, səhiyyə, mədəniyyət, təhsil müəssisələri inşa olunur. Məktəblər ən müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunur. Yaradılan bu şəraitdən Arbatan kəndinə də böyük pay düşüb. Kənd məktəbində yaradılan şərait həm müəllimlərin, həm də valideynlərin uzun illərdən bəri ürəklərində olan arzularını reallaşdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Arbatan kənd tam orta məktəbi üçün binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə təhsilin inkişafına xüsusi qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Hər bir ölkənin, hər bir millətin aparıcı qüvvəsi onun təhsilidir”. Çünki təhsil inkişaf edirsə, ölkə də inkişaf edir. Bu gün Arbatan kəndində müasir məktəbin istifadəyə verilməsi də ölkəmizdə təhsilə göstərilən qayğının nəticəsidir. Məktəb binası kənddə təhsilin inkişafı ilə yanaşı, həm də ölkəmizin gələcəyinin hazırlanmasına töhfə verəcəkdir.

Ali Məclisin Sədri deyib: Arbatan kənd tam orta məktəbi müasir tədrisin tələblərinə cavab verir. Məktəbdə elektron lövhəli siniflər, kompüter otağı, şahmat otağı, müasir tədris avadanlıqları və dərs ləvazimatları şagirdlərin istifadəsinə verilmişdir. Məktəb işi ilə həm dövlət, həm də cəmiyyət məşğul olmalıdır. Dövlət tərəfindən məktəbdə lazımi şərait yaradılmışdır. Bunlardan səmərəli istifadə etmək isə kollektivin üzərinə düşən vəzifədir.

“Hərtərəfli təhsil alan, peşə öyrənən, özünü ölkəsinin gələcəyinə hazırlayan gənclər Azərbaycan xalqının milli sərvətidir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu gün hər bir şagirdə ölkəmizin gələcəyi kimi baxmalıyıq. Çünki yeraltı və yerüstü sərvətlər insan kapitalı olmadan heç bir dəyərə malik deyil. İnsan kapitalı isə məktəblərdə formalaşdırılır. Müəllimlər bilməlidirlər ki, onlar ölkənin gələcəyini hazırlayırlar. Gənclər isə bilməlidirlər ki, onlar bu gələcəyin təminatçılarıdır. Ona görə də müəllimlər öz işlərinə məsuliyyətlə yanaşmalı, tədrisin səviyyəsi daim yüksəldilməli, intellektli və vətənpərvər gənclər yetişdirilməlidir. Gənclər isə yaradılan şəraitdən istifadə edərək hərtərəfli təhsil almalı, peşə öyrənməlidirlər. Arbatan kənd tam orta məktəbinin nailiyyətləri qənaətləndiricidir. Bu da onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam var, müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Ötən il ali məktəblərə qəbulda Arbatan kənd tam orta məktəbinin göstəricisi həm kəmiyyət, həm də keyfiyyət baxımından muxtar respublikanın orta göstəricisindən yüksək olub.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, onlara tədrisdə uğurlar arzulayıb, məktəb binasında yaradılan şəraitlə tanış olub.

234 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Təhsil ocağı müasir tədrisin tələblərinə uyğun qurulub, binada 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, şahmat otağı, kitabxana, idman zalı və bufet istifadəyə verilib.

Muxtar respublikanın ümumtəhsil məktəblərində zəngin kitabxana fondu yaradılır. Arbatan kənd kitabxanasında da 1381 dərslik və 2709 bədii ədəbiyyat olmaqla, 4090 kitab vardır.

Elektron lövhəli siniflərin yaradılması, sürətli internetə çıxış imkanının təmin olunması və kompüter otağında 19 kompüterin quraşdırılması məktəbdə distant tədrisin tətbiqinə, eləcə də şagirdlərin informasiya texnologiyalarından tədrisyönümlü istifadəsinə imkan verir. Elektron lövhəli sinifdə Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyi ilə əlaqə yaradılıb, muxtar respublikanın ümumtəhsil məktəblərinin iştirakı ilə distant dərs keçirilib.

Baxış zamanı məlumat verilib ki, muxtar respublikada məktəbəhazırlıq qruplarının yaradılması diqqət mərkəzində saxlanılır. Arbatan kənd tam orta məktəbində yaradılmış məktəbəhazırlıq qrupuna 10 uşaq cəlb olunub.

Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri deyib: Müəllimlər ölkənin gələcəyini hazırlayır. Ona görə də Ulu Öndərimiz müəllim əməyini daim yüksək qiymətləndirirdi. Bu gün ölkəmizdə müəllimlərə hərtərəfli qayğı göstərilir, müasir məktəb binaları tikilir, onların əmək haqları artırılır, dövlət mükafatları ilə təltif olunurlar. Arbatan kənd tam orta məktəbində yaxşı kollektiv vardır. Müəllimlər bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və dünyagörüşlü gənclər yetişdirməlidirlər.

Müəllim Gülyaz Nəbiyeva məktəbdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyini bildirib, göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edib.

Arbatanda yeni kənd mərkəzi

inşa olunub

Noyabrın 15-də Arbatan Kənd Mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ikimərtəbəli binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, polis sahə məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi, statistika otağı, feldşer-mama məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd bələdiyyəsi, klub və 44 yerlik iclas zalı yerləşir.

Ali Məclisin Sədri kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanıb, müvafiq tapşırıqlar verib.

Kənd kitabxanasının fondunda Azərbaycan yazıçı və şairlərinin, o cümlədən dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət 6 mindən çox bədii ədəbiyyat vardır. Rabitə evində poçt bölməsi fəaliyyət göstərir. Burada 384 yerlik ATS quraşdırılıb, kəndə 2100 metr fiber-optik xətt çəkilib, genişzolaqlı internetdən istifadə imkanı yaradılıb, poçt bölməsində itmiş əşyaların sahiblərinə qaytarılması xidməti təşkil olunub. Yeni Azərbaycan Partiyası Arbatan kənd ərazi ilk təşkilatının 101 üzvü vardır ki, onlardan da 39-u gənclər, 17-si isə qadınlardır.

Ali Məclisin Sədri Arbatan kəndində insanların yaşayışı ilə maraqlanıb.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sadıq Ələkbərov məlumat verib ki, kənd sakinləri əsasən əkinçilik və maldarlıqla məşğul olur. Göstərilən dövlət qayğısı təsərrüfatların ilbəil genişlənməsinə səbəb olub. Yaradılan şərait kənddə məskunlaşmanı artırıb. Bu il Arbatan kəndində 3 yeni fərdi ev tikilib. 3 fərdi evin tikintisi isə davam etdirilir.

Feldşer-mama məntəqəsi müdir, mama və manipulyasiya otaqlarından ibarətdir. Məntəqə müvafiq tibbi avadanlıqlar, dərman preparatları, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin olunub.

Ali Məclisin Sədri kənddə səhiyyə xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.

Xidmət mərkəzi fəaliyyətə başlayıb

Noyabrın 15-dən Arbatan kənd xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib, yaradılan şəraitlə tanış olub.

Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, dərzi, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən xidmət sahələri üzrə 6 nəfər işlə təmin olunub. Dərzi, kişi və qadın saç ustaları Şərur Texniki Peşə və Sürücülük Məktəbində təhsil alaraq müvafiq peşələrə yiyələniblər.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri deyib: Bu gün Arbatan müasir Azərbaycan kəndlərinin sırasına daxil oldu. Kənddə insanların rahat yaşaması və təsərrüfatla məşğul olması üçün lazımi şərait yaradılmışdır. Kənd yolları yenidən qurulmuş, yeni məktəb binası, kənd və xidmət mərkəzləri, feldşer-mama məntəqəsi istifadəyə verilmiş, dayanıqlı rabitə xidmətindən, sürətli internetdən istifadə imkanları yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin, eyni zamanda, ölkəmizdəki inkişafın və sabitliyin nəticəsidir. Arbatan kəndinin sakinləri zəhmətkeş insanlardır. Sakinlər dövlətimiz tərəfindən yaradılan şəraitdən səmərəli istifadə etməli, tikilənləri, qurulanları qoruyub saxlamalı, təsərrüfatları daha da genişləndirməli, ölkəmizin inkişafında pay sahibi olmalıdırlar.

Kənd sakini Səməddin Nağıyev minnətdarlıq edərək deyib: Arbatanda yaradılan şərait sakinlərin sevincinə səbəb olub. Yaşadığımız kəndlə şəhər arasında fərq yoxdur. Tikilənlər, qurulanlar ölkəmizdə insanlara göstərilən qayğının daha bir ifadəsidir. Torpaqları əkir, bol məhsul istehsal edirik. Məhsulumuzun isə bazarı vardır. Bütün bunlar isə kənd sakinlərinin rifahını yaxşılaşmasına, onların öz yurd-yuvalarına daha sıx bağlanmasına səbəb olub.

X X X

Arbatan kəndində abadlıq işləri də aparılıb, 8 min metrə yaxın rabitə xətti çəkilib, 2500 metr elektrik xətti yenilənib. Kənddə istifadəyə verilən yeni sosial obyektlərə qaz xətti çəkilib, 4600 metrlik müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılıb. Quruculuq işləri aparılarkən kəndin içməli su problemi də həll olunub, 2400 metr içməli su xətti çəkilib. Suvarma tədbirləri də yaxşılaşdırılıb, 600 metr kanal lildən təmizlənib, 14 sutənzimləyici quraşdırılıb. Arbatan kənd futbol meydançası da yenidən qurulub.

Qarabağlar Türbə Kompleksi

bərpa olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki dünya əhəmiyyətli Qarabağlar Türbə Kompleksində bərpa işləri aparılır.

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabağlar Türbə Kompleksində bərpa işlərinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən və XII-XIV əsrlərə aid olan kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatıb. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna və oxşar cəhətlərinə görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsidir. Türbədə bərpa işlərinin elmi əsaslarla aparılması məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşlarından ibarət tədqiqat qrupu yaradılıb. Hazırda bərpa işləri elmi əsaslarla aparılır, Əcəmi Naxçıvani memarlıq məktəbinin yadigarı olan abidənin tarixi görkəmi olduğu kimi qorunub saxlanılır. Bu günədək türbənin kitabəsi və kaşılı örtükləri bərpa olunub.

Ali Məclisin Sədri Qarabağlar Türbə Kompleksində bərpa işlərinin davam etdirilməsi, abidənin tarixi görkəminin qorunub saxlanılması və ətrafının abadlaşdırılması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb