İDMAN


Serxio Aquera İngiltərə Premyer Liqasında fevralın ən yaxşı futbolçusu seçilib VİDEO

Bakı, 9 mart, AZƏRTAC

“Mançester Siti” klubunun argentinalı hücumçusu Serxio Aquera fevral ayında İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC xəbər verir ki, 30 yaşlı futbolçu fevralda 4 oyunda 7 dəfə fərqlənib. Serxio Aquera “Çelsi” və “Arsenal” ilə oyunda xet-trik edib, “Vest Hem”in qapısına isə qələbə topunu vurub.

Argentinalı cari mövsümdə İngiltərə Premyer Liqasında 18 qolla bombardirlər cədvəlində liderliyini qoruyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.