DÜNYA


Səudiyyə Ərəbistanı Kanadaya təyyarə uçuşlarını dayandırır

Ər-Riyad, 7 avqust, AZƏRTAC

Səudiyyə Ərəbistanının “Saudi Arabian Airlines” aviaşirkəti avqustun 13-dən etibarən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracaq.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Hava Yolları şirkətinin rəsmi açıqlamasında qeyd olunub. Bildirilib ki, əvvəlcədən alınmış biletlərin qaytarılması və təxirə salınmasında heç bir məhdudiyyət olmayacaq. Torontoya getmək istəyən sərnişinlər üçün alternativ yolların tapılacağı qeyd edilib.

Səudiyyə Ərəbistanında bəzi fəalların həbsinə Kanada hökumətinin etirazından sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə olunur.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər- Riyad 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.