DÜNYA


Səudiyyə Ərəbistanı şahzadəsi Donald Trampın bəyanatı ilə razılaşmır

Bakı, 6 oktyabr, AZƏRTAC

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin Amerika dəstəyindən asılı olması barədə ABŞ Prezidenti Donald Trampın bəyanatını düzgün hesab etmir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, şahzadə Səudiyyə Ərəbistanının ABŞ-ın köməyi olmadan iki həftədən çox davam gətirə bilməyəcəyi barədə iddiasının düzgün olmadığını deyib.

“Prezident Barak Obama 8 il ərzində Səudiyyə Ərəbistanı və ümumilikdə bütün Yaxın Şərqin əleyhinə fəaliyyət göstərsə də, biz öz maraqlarımızı qoruya bildik”, - deyə o bildirib.

Məhəmməd bin Salman Əl Səud, həmçinin təhlükəsizliyinin təmin olunması üçün Trampın krala pul ödəmək tələbini də tənqid edib: “Biz hesab edirik ki, Birləşmiş Ştatlardan aldığımız bütün silahların pulunu ödəmişik, onlar bizə havayı çatmayıb”.

Qeyd edək ki, ABŞ 2018-ci maliyyə ilində silah satışına dair ən böyük sazişi Səudiyyə Ərəbistanı ilə bağlayıb. Bu ölkə Birləşmiş Ştatlardan 15 milyard dollar dəyərində THAAD zenit-raket kompleksi alıb.

ABŞ Prezidenti Donald Tramp bir neçə gün əvvəl kral Salman bin Əbdüləziz Al Səudu krallığın müdafiə xərclərini artırmağa çağırmışdı. O, həmçinin ABŞ-ın köməyi olmadan Səudiyyə Ərəbistanının iki həftədən artıq davam gətirə bilməyəcəyini və bunun üçün pul ödəmək lazım gəldiyini bildirmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.