DÜNYA


Səudiyyə Ərəbistanı zəvvarlar üçün elektron viza tətbiq edəcək

Ər-Riyad, 12 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə MBC kanalına layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms məlumat verib. Onun sözlərinə görə, viza üçün ərizə elektron qaydada veriləcək və məsələnin həlli cəmi bir neçə dəqiqə vaxt aparacaq. O bildirib ki, hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Lakin bundan sonra kvota çərçivəsində elektron viza almaq imkanı olacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Ər-Riyad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.