DÜNYA


Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə 32 nəfər həbs edilib

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə 32 nəfər həbs edilib

Qahirə, 28 yanvar, AZƏRTAC

Səudiyyə Ərəbistanının Nəzarət və Antikorrupsiya İdarəsi (NAZAHA) ölkədən xaricdəki hesablara 3 milyard dollardan çox pul köçürən cinayətkar şəbəkənin 32 üzvünü həbs edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Saudigazette” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, cinayətkar şəbəkəyə daxil olan bankirlər mütəşəkkil dəstənin üzvlərindən aldıqları rüşvət müqabilində böyük məbləğdə pul vəsaitini ölkədən qeyri-qanuni yollarla çıxarıblar. Həbs edilən bankir və biznesmenlərin adları açıqlanmır.

Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salman ötən ilin noyabrında bəyan edib ki, ölkədə korrupsiyaya qarşı mübarizə davam edəcək. O bildirib ki, indiyədək korrupsiya nəticəsində qanunsuz yollarla əldə edilmiş 66 milyard dollara yaxın vəsait, daşınmaz əmlak və s. dövlət büdcəsinə qaytarılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.