DÜNYA


Səudiyyə Ərəbistanında tibbi maskaları gizlədən şəbəkənin üzvləri həbs edilib

Qahirə, 29 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanında yeni növ koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir vaxtda 5 milyon ədəd tibbi maska gizlədən, onları sonra satmağı planlaşdıran şəbəkənin üzvləri həbs edilib və onların barəsində cinayət işi açılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən rəsmi SPA agentliyi həmin maskaların müsadirə edilərək ölkədəki apteklərə paylanıldığını bildirib.

Krallığın Səhiyyə Nazirliyinin martın 29-na olan məlumatına görə, bu ölkədə COVID-19 virusundan ölənlərin sayı 9 nəfərə çatıb. Koronavirusa yoluxma halları isə daha da artaraq 1299 olub. Xəstələrdən 12 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Bu gün Kral Salman bin Əbdüləzizin sərəncamı ilə Məkkə və Mədinədən sonra Ciddə şəhərinə giriş-çıxışlar da bağlanılıb. Ümumilikdə, ölkənin 13 vilayəti arasında nəqliyyatın və insanların hərəkəti qadağan edilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.