MƏDƏNİYYƏT
Sevda Ələkbərzadə: “Jara” festivalında ölkəmizi təmsil etdiyimə görə qürur duyuram
Bakı, 28 iyul, AZƏRTAC
“Jara” festivalı nəinki Azərbaycanda, hətta Postsovet məkanında unikal musiqi hadisəsidir. MDB ölkələrinin ən tanınmış ulduzları Bakıya toplaşıb. Bu mötəbər musiqi bayramında ölkəmizi təmsil etdiyimə görə qürur duyuram.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Azərbaycanın Əməkdar Artisti Sevda Ələkbərzadə deyib.
Festivalda Elza İbrahimovanın “Sən yadıma düşəndə” mahnısını ifa etdiyini söyləyən müğənni tamaşaçıların onun ifasından məmnun qaldıqlarına ümidvar olduğunu bildirib.
Festivalda bir-birindən maraqlı konsertlərin təşkil edildiyini diqqətə çatdıran Sevda Əlləkbərzadə müxtəlif janrlarda musiqilərin səsləndirildiyini, bu möhtəşəm musiqi bayramı haqqında hələ çox danışılacağını vurğulayıb.