İDMAN
“Sevilya”nın futbolçusu: Bütün gücümüzü ortaya qoyacağıq
Bakı, 19 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Qələbə qazanacağımıza ümid edirik. Diqqətimizi bunun üzərinə cəmləmişik və bütün gücümüzü ortaya qoyacağıq. Oyuna kollektiv şəkildə hazırlaşmışıq.
AZƏRTAC xəbər verir ki, bunu “Sevilya”nın futbolçusu Serxio Eskudero “Qarabağ”la qarşılaşacaqları UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçı ərəfəsində təşkil olunmuş mətbuat konfransında deyib.
30 yaşlı müdafiəçi deyib: “Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Bu xüsusilə də səfər meydanında çox çətindir. Amma yenə də qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [14:22]
“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb
- 19.03.2024 [13:08]
“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb
- 19.03.2024 [13:01]
Fransalı tennisçi oyun zamanı huşunu itirib
- 19.03.2024 [13:00]
Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb
- 19.03.2024 [12:05]
Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər
- 18.03.2024 [22:40]
Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub
- 18.03.2024 [21:29]
Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub
- 18.03.2024 [20:47]